Zaqatalada evdə yanğın olub. Zaqatalada evdə yanğın olub.

Zaqatalada ev yandı

Zaqatalada evdə yanğın olub.



Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi rayonun Əliabad qəsəbəsində Rasim İbrahimova məxsus ümumi sahəsi 90 kv/m olan birmərtəbəli 2 otaqlı evdə baş verib.

Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı dərhal alınıb. Yanğın nəticəsində evin tüstü bacasının ətrafı 3 kv/m sahədə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.