Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrasına başlanılıb. Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrasına başlanılıb.

Əfv sərəncamının icrasına başlanıldı

Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamının icrasına başlanılıb.



AZNEWS.AZ xəbər verir ki, sərəncam ümumilikdə 101 nəfərə şamil edilib.

Dövlət başçısının bir sıra məhkumları Novruz Bayramı günü ərəfəsində azadlığa buraxması humanizm prinsiplərinə əsaslanıb.

Əfv olunanlar arasında vətəndaş cəmiyyətinin fəalı Bəşir Süleymanov, Müsavat Partiyasının üzvü Şəhla Muxtarova, ilahiyyatçı Anar Qasımlı, "NİDA" Vətəndaş Hərəkatının üzvü Orxan Eyyubzadə də var.

Qeyd edək ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 90 nəfər cəzanın çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri, 7 nəfər isə cərimə cəzasından azad edilib.