Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, martın 23-dən 27-dək Budvo şəhərində (Monteneqro) 2015-ci il üzrə hərbi əməkdaşlığın əlaqələndirilməsi mövzusunda işçi görüşü, Ankara şəhərində (Türkiyə) strateji rabitə mövzusunda kurs keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.