Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib. Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib.

Bakıda növbəti dəfə ana ölümü - Özəl klinikada

Bakıda növbəti dəfə ana ölümü hadisəsi baş verib.


Trend-in əldə etdiyi məlumata görə, hadisə dünən Bakıdakı özəl klinikalardan birində-"Astoriya" Tibb Mərkəzində baş verib.

Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib.

"Astoriya" Tibb Mərkəzindən hadisənin olmasını təsdiqləyiblər . Lakin klinikadan hadisə ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıblar.