Fransa şokda: təyyarə qəzasında 142 nəfər öldü (VİDEO)

“Fransa təyyarəsində olan 142 nəfərin hamısı ölüb” - Olland


"Germanwings" şirkətinə məxsus olan Fransanın "Airbus A320" sərnişin təyyarəsi bu gün ölkənin cənubunda qəzaya düşüb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı "La Provence" qəzetinin saytı yayıb.
Hadisə Alp dağlarında qeydə alınıb.
"France24" yazır ki, təyyarə qəzaya düşməzdən öncə "SOS" siqnalı verib.

Təyyarənin qalıqları Barselonnet şəhərinin yaxınlığında, kəndlərin birində aşkar edilib.
Barselona şəhərinin Əl-Prat beynəlxalq aeroportundan Düsseldorfa 9525 reysilə uçan təyyarədə olan 142 nəfərin hamısının öldüyü deyilir.

Bu faktı ölkə prezidenti Fransua Olland da təsdiq edib və bildirib ki, təyyarədə çoxlu Almaniya vətəndaşları olub.
Hadisə yerinə Fransanın Baş naziri Manuel Valsın və daxili işlər naziri Bernar Kaznevin getdiyi bildirilir.