Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub. Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.

Cəbhədə gərgin gecə - VİDEO

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, Ermənistan Respublikasının İcevan rayonunun Paravakar və Berkaber kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Qızılhacılı kəndlərində yerləşən mövqelərimiz atəşə məruz qalıb.

Həmçinin Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Bundan başqa Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Çaylı, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Sarıcalı, Şıxlar, Şuraabad, Kəngərli, Baş Qərvənd, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Düşmən cavab atəşi ilə susdurulub.