Dağlıq Qarabağda erməni hərbçisi öldü

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda erməni hərbçisi ölüb.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "Novosti Armeniya" agentliyi yayıb.

1995-ci il təvəllüdlü Ovsep Samsonoviç Andreasyan aldığı güllə yarasından dünyasını dəyişib.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.