AVRO-2016-ın F qrupunda dünən Macarıstanla üz-üzə gələn Yunanıstanın futbol üzrə milli komandasının 3 futbolçusu Budapeşt şəhərində yol qəzası keçirib. AVRO-2016-ın F qrupunda dünən Macarıstanla üz-üzə gələn Yunanıstanın futbol üzrə milli komandasının 3 futbolçusu Budapeşt şəhərində yol qəzası keçirib.

Milli komanda qəzaya düşdü: 3 yaralı

AVRO-2016-ın F qrupunda dünən Macarıstanla üz-üzə gələn Yunanıstanın futbol üzrə milli komandasının 3 futbolçusu Budapeşt şəhərində yol qəzası keçirib.



AzNews.az xəbər verir ki, qəzadan sonra onlar təcili olaraq xəstəxanaya aparılıb.
Yunanıstanın Budapeştdəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Nikolaos Vlahakis etdiyi açıqlamada deyib ki, futbolçular Vangelis Moras, Panajotis Tahcidis və Jannis Fetfacidis Ferihegy hava limanına gedərkən qəza keçiriblər: "Budapeştdəki bir xəstəxanada müalicə edilən futbolçular bu gün evə buraxılacaq".
Nikolaos Vlahakis əlavə edib ki, adları çəkilən futbolçular İtaliyada oynadıqları üçün komandadan ayrı olaraq hava limanına gediblər.