Bakıda birmərtəbəli evdə yanğın olub. Bakıda birmərtəbəli evdə yanğın olub.

Bakıda ev yandı

Bakıda birmərtəbəli evdə yanğın olub.



AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının taxtadan ibarət divar üzlüyü 1 kv.m sahədə yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.