Nərimanov Rayon İcra Hakimiyyəti “İLK İnşaat” tikinti şirkətində işləyən fəhlələrin aksiya keçirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Nərimanov Rayon İcra Hakimiyyəti “İLK İnşaat” tikinti şirkətində işləyən fəhlələrin aksiya keçirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

“Fəhlələr maaşlarını vaxtında alır” - Aksiya xəbərinə reaksiya

Nərimanov Rayon İcra Hakimiyyəti “İLK İnşaat” tikinti şirkətində işləyən fəhlələrin aksiya keçirməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, hadisə məişət zəminində baş verib. Fəhlələr yemək növbəsinə dayanan zaman aralarında mübahisə baş verib.

İH-dən bildirilib ki, maaşların bir neçə aydır verilməməsi ilə bağlı məlumatlar əsassızdır və fəhlələr maaşlarını hər ay vaxtında alırlar.

Qeyd edək ki, bəzi KİV-lərdə bu gün "İLK İnşaat" tikinti şirkətində fəhlələrin etiraz aksiyası keçirməsi ilə bağlı məlumat yayılmışdı.

Məlumata deyilirdi ki, fəhlələr bir neçə aydır maaş ala bilmədiklərindən narazılıq ediblər.