Azarkeş meydana lent atdı və tutuldu - Bakıda

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasının 27-ci turunun son matçında “Qarabağ” fanatları ilə polislər araşında problem yaşanıb.

AZNEWS.AZ xəbər verir ki, "Bakcell Arena"da "Qarabağ" - "İnter" komandaları arasında baş tutan oyunda "Qarabağ"ın fan klub üzvlərindən biri polis bölməsinə aparılıb.

Azarkeşin bölməyə aparılmasına onun matç başlayandan sonra meydana lent atması səbəb olub.

Qeyd edək ki, həmin oyun qolsuz bərabərliklə sona çatıb.