Tovuzda zorlanan qıza görə kənd qarışdı – 3 nəfər həbs edildi + İLGİNC FAKTLAR

4 nəfər tərəfindən cinsi təcavüzə məruz qalan 20 yaşlı qızla bağlı yeni məlumatlar yayılıb.
AzNews.az-a daxil olan məlumata görə, hadisənin baş verdiyi Tovuz rayonu,
Əyyublu kənd sakinləri, bu xəbərin ictimailəşməsinə və həmin 4 nəfərin polis tərəfindən saxlanılmasına etiraz ediblər. Bununla bağlı kənd sakinləri icra nümayəndəliyi qarşısına toplaşıblar. Onlar iddia edirlər ki, həmin qıza qarşı heç bir fiziki zorakılıq olmayıb.

Qızı zorlamaqda şübhəli bilinən şəxslərdən biri - Elməddin Niyazovun atası İsgəndər Niyazov da AzNews.az-a açıqlamasında hadisənin mediaya ötürüldüyü formada baş vermədiyini deyib: "Kənd camaatı da yaxşı bilir ki, saxlanılan uşaqlar sadəcə şərə düşüb. Əlbəttə kənd yerində belə bir hadisənin baş verməsi ən azından ayıbdır. Mən də oğluma buna görə heç cür haqq qazandıra bilmərəm. Amma həqiqət budur ki, orada heç bir zorakılıqdan söhbət gedə bilməz. Polis də təsdiq edir ki, qız könüllü surətdə evdən çıxaraq, bu uşaqlara qoşulub. Bu, onlar arasında olan telefon danışıqlarından və sms yazışmalarından da görünür. Hələ məlum olub ki, həmin qız bu oğlanlarla bərabər xeyli sayda başqa adamlarla da yazışıb".

İ.Niyazov deyir ki, məsələnin bu şəkil alması, qızın atasının ixtisasca hüquqşünas olması və vaxtilə məhkəmədə işləməsi ilə bağlıdır: "Qızın atası hüquqşünasdır, əli də müəyyən yerlərə çatır. Bu hadisədən istifadə edərək qızını və özünü təmizə çıxarmaq istəyir. Amma bunu hamı kənddə bilir ki, bizim uşaqlar kiminsə qurbanına çevrilir".

Müsahibimiz könüllü olaraq, oğlanlarla görüşən qızın niyə birdən-birə şikayətçi olması sualına da aydınlıq gətirib: "Əslində qız şikayətçi olmayıb. Onu atası məcbur edib. Qızın üzərində heç bir zorakılıq halı olmayıb. Sadəcə qız evə gec gəlib. Bundan sonra atası onu qorxudub və qız da hardan gəldiyini deyib. Yəqin o özünü qorumaq üçün zorla aparıldığını bildirib".

Qeyd edək ki, 20 yaşlı G.N 4 nəfər həmkəndlisi tərəfindən zorlanması ilə bağlı Tovuz rayon Polis Şöbəsinə müraciət edib. Dərhal müraciət əsasında araşdırmalara başlanılıb və yaşı 20-25 arası olan həmin 4 nəfər saxlanılaraq şöbəyə gətirilib. Fakta görə cinayət işi açılıb və həmin şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün rayon məhkəməsinə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzNews.az-a bildirib ki, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Qızın atasının məsələ ilə bağlı AzNews.az-a dediklərini BURADAN oxuya bilərsiniz.