Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edildi

Bakı Apellyasiya Məhkəməsinin hakiminin təyin edilməsi ilə bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
AzNews.az xəbər verir ki, məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verərək, Etibar Nəbiyev uzun illərdir ki, bu sahədə çalışdığını və öz işini layiqincə yerinə yetirdiyini bildirib.

Səsvermə nəticəsində E. Nəbiyevin hakimliyi təsdiq edilib.