Şəkidə ev yandı

Şəki rayonunda birmərtəbəli evdə yanğın olub.


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 272 kv.m olan birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 5 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.