- Köhnə - Hadisə
- 5 May 2015 21:43
- 2 311
Goranboy rayon sakinini ilan sanсdı
Goranboy rayon sakinini ilan sancıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün rayonun Şadılı kəndində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Anar Zaməddin oğlu Abbasov həyətyanı sahəsində işləyərkən ilan onun ayağından sancıb. O dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. A. Abbasovun vəziyyətinin ağır olduğu bildirilir.