Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb. Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

5 otaqlı ev kül oldu

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.



AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Fatmayı kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzNews.az