Sərnişin avtobusları istismara verən “Xaliq Faiq oğlu” MMC məhkəməyə verilib. Sərnişin avtobusları istismara verən “Xaliq Faiq oğlu” MMC məhkəməyə verilib.

Avtobus sürücülərilə bağlı ciddi qanun pozuntuları aşkarlandı – İş məhkəməyə gedir

Sərnişin avtobusları istismara verən “Xaliq Faiq oğlu” MMC məhkəməyə verilib.

AzNews.az xəbər veir ki, buna səbəb MMC-yə məxsus 49 saylı marşrut "Mercedes" markalı avtomobillə toqquşması və nəticədə bir ailənin 2 üzvünün ağır dərəcəli xəsarətlər alması olub. Hadisə Komsomol dairəsində baş verib. Belə ki, üzü şəhər istiqamətində hərəkət edən 02 DX 818 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil marşrut tərəfindən vurulub. Qəzada avtomobilin sürücüsü Elşən Hüseynov kəllə beyin travması alıb. Bundan əlavə üst dodağın deşilib, sol göz almacığı və burnu qırılıb. Həyat yoldaşı isə onurğa sütunun zədələnməsi ilə müşayiət olunan bədən xəsarətləri alıb.





Bu barədə saytımıza zərərçəkənlərin vəkili Səməd Vəkilov məlumat verib. Onun sözlərinə görə, baş vermiş faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb və E.Hüseynov zərərçəkən şəxs kimi tanınıb. Lakin ailəyə dəyən ziyan ödənilmir. S.Vəkilov onu da bildirib ki, araşdırmalar zamanı 49 saylı marşrutun fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilib: "Marşrut fəaliyyəti zamanı qanunla müəyyən edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması" Qaydaları haqqında Nazirlər Kabinetinin qərarına əməl etmədən fəaliyyət göstərir. "Xaliq Faiq oğlu" MMC-nin fəaliyyətini bir az araşdırmışıq. Məlum olub ki, bu, qurumun tərkibində fəaliyyət göstərən sürücülərlə bağlı ilk belə hadisə deyil. Onlar davamlı olaraq qəza törədirlər, sonra da belə laqeyd münasibət göstərirlər".

Hüseynovlar ailəsinin vəkili bildirib ki, qurum barədə ciddi araşdırmalara start veriblər və ailəyə külli miqdarda ziyan vurduqları üçün "Xaliq Faiz oğlu" MMC-yə təzminat davası açacaqlar.

Qeyd edək ki, bir müddət əvvəl "Xaliq Faiq oğlu" MMC şirkəti əlil vətəndaşı avtobusa mindirməyən sürücüsü ilə diqqət mərkəzinə gəlmişdi.