AXCP üzvünün ölümünə səbəb olan sürücüyə hökm oxundu- 5 il 6 ay

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Bakı şəhər sakini Teymur Sağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, T.Sağıyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi ötən il Maştağa qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Teymur Sağıyevin idarə etdiyi "QAZ-3302" və Emin İbrahimovun idarə etdiyi "VAZ-21154" markalı avtomobillər toqquşub. Qəza zamanı E.İbrahimov və bir nəfər sərnişini xəstəxanaya yerləşdirilib. Həkimlər E.İbrahimovun həyatını xilas edə bilməyibər. O, xəstəxanada vəfat edib.

Xatırladaq ki, qəzada dünyasını dəyişən Emin İbrahimov Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin üzvü olub.