Bakı şəhərində mənzildə 56 yaşlı kişinin meyiti tapılıb. Bakı şəhərində mənzildə 56 yaşlı kişinin meyiti tapılıb.

Bakıda 56 yaşlı kişinin meyiti tapıldı

Bakı şəhərində mənzildə 56 yaşlı kişinin meyiti tapılıb.


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər mənzilə baxış keçirərkən 1959-cu il təvəllüdlü Mehman Hüseynovun cəsədi müəyyən olunaraq aidiyəti üzrə təhvil verilib.