Qarabağ qazisi, “Fəryad” filmində mərhum aktyorumuz Ceyhun Mirzyevin oynadığı baş qəhrəmanın prototipi Mehman Hüseynov dünən evində ürək çatışmazlığından dünyasını dəyişib. Bu barədə onun döyüşçü dostları xəbər yayıb. Qarabağ qazisi, “Fəryad” filmində mərhum aktyorumuz Ceyhun Mirzyevin oynadığı baş qəhrəmanın prototipi Mehman Hüseynov dünən evində ürək çatışmazlığından dünyasını dəyişib. Bu barədə onun döyüşçü dostları xəbər yayıb.

“Fəryad”ın baş qəhrəmanının prototipi dünyasını dəyişdi

Qarabağ qazisi, “Fəryad” filmində mərhum aktyorumuz Ceyhun Mirzyevin oynadığı baş qəhrəmanın prototipi Mehman Hüseynov dünən evində ürək çatışmazlığından dünyasını dəyişib. Bu barədə onun döyüşçü dostları xəbər yayıb.


Mehman Azərbaycan Milli Ordusunun "Şıxov" adlı batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olub.

1991-ci ilin dekabrında Kərkicahanda Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan döyüşüb, sursatları bitən əsgərlərimizin çoxu həlak olub, Mehman isə ağır yaralanaraq əsir düşüb.

Əsirlikdən azad olunan M.Hüseynov xeyli müddət məmur özbaşınalığından əziyyət çəkib. Səhhəti ilə əlaqədar bir müddət Azərbaycanda olmayan Qarabağ qazisinin mənzili başqaları tərəfindən mənimsənilmişdi. Buna etiraz əlaməti olaraq o, 2006-cı ildə Bakıda Şəhidlər Xiyabanında uzun müddət aclıq aksiyası keçirib. Yalnız bundan sonra pozulmuş hüquqları qismən bərpa olunmuşdur.

Mehman Bakının Bakıxanov qəsəbəsində tənha həyat sürürmüş.

Qaziler.az saytı Qarabağ qazisi Mehman Hüseynov vaxtsız vəfatından kədərləndiyini bildirir, yaxınlarına və döyüşçü dostlarına dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!