Mingəçevirdə 63 yaşlı kişinin meyiti tapıldı

Mingəçevir şəhərində mənzildə 1952-ci il təvəllüdlü Şəfiyev Ələkbər Əhməd oğlu bağlı qapı arxasında qalıb.


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, qanğınsöndürən-xilasedicilər mənzilin giriş qapısını açıb və adı çəkilən şəxsin cəsədini aşkar ediblər.

Ə.Şəfiyevin cəsədi aidiyyəti üzrə təhvil verilib.