Qarabağdan ürək dağlayan görüntülər- VİDEO

Baykerlər işğal olunmuş torpaqlarımıza Arazın bu tayından baxıblar.



"Baku HOG Azerbaijan" komandasının Heydər Əliyevin anadan olmasının 92-ci illiyinə həsr olunan "Heydər Əliyev yolu ilə" adlanan motoyürüşü başa çatıb. Baykerlərimiz artıq Bakıya qayıdıblar. "Baku HOG Azerbaijan" komandasının rəhbəri Vahid Mustafayev bu yürüşlə bağlı təəssüratlarını bölüşərkən yürüş ərəfəsində təssüf keçirdiyi məqamlara da toxunub, bu isə əbəs deyil. Naxçıvana İran üzərindən səfər edən bayker qrupu işğal altında olan Cəbrayıl və Zəngilan rayonlarının görüntülərini çəkiblər. ANS-in əməkdaşı dağılmış evlərin və orada yaşayışın demək olar ki, olmadığının, hərbçilərin keşik çəkdiyini müşahidə edib. "Heydər Əliyev yolu ilə" adlanan motoyürüşü Naxçıvan ərazisində başa çatdı. Artıq baykerlərimiz vətənə qayıdırlar, ilk istiqamət İran sərhəddidir. İran İslam Respublikasında baykerlər müəyyən ərazilərdə dayanırdılar. Hər dəfə yerli sakinlər onlara yaxınlaşıb, rəğbət nümayiş etdirirdi. Bu sırada cənubda yaşayan soydaşlarımızı xüsusilə qeyd etmək lazımdır. 1979-cu ildən sonra ilk dəfə idi ki, İrana əfsanəvi "Harley-Davidson" motosikletlərı daxil olurdu. Bu mənada iranlıların heyrətlənməsi gözdən qaçmırdı. Həm baykerlərin özü ilə, həm də onların motosikletləri ilə fotolar çəkdirirdilər. İran yürüş zamanı ürəkağrıdan məqamlar da oldu. Arazın o tayında erməni işğalı altında olan torpaqlarımız, dağıdılmış evlər, xarabalığa çevrilmiş Cəbrayıl-Zəngilan gördük. Azərbaycan torpaqlarında erməni toponimləri, ermənicə yazılmış yanacaqdodurma məntəqəsi, Ermənistan əsgərlərinin müşahidə qüllələri yer alır. Ərazilər demək olar ki, boşdur. 1992-93-cü illər işğaldan sonra, azərbaycanlıların öz torpaqlarından qovulmasından sonra bu ərazilərdə yaşayış yox səviyyəsindədir. Arasıra avtomobillərin hərəkət etdiyini görmək olar. Araz çayı üzərində 11 və 15 aşırımlı Xudafərin körpüsü erməni vandalizminin qurbanı olub. Yenə dağıdılmış şəhər - Cəbrayıl. Baykerlər Araz boyu, Şərqi Azərbaycan vilayəti ilə, daha sonra Ərdəbil vilayəti, Farsabad ərazilərindən keçərək Azərbaycan sərhədinə çatdılar. İran Azərbaycan sərhəddində də baykerlərimiz böyük maraqla qarşılandı. Hazırda izdiham yaşanır, iranlılar baykerlərimizi əhatəyə alıblar. Onların arasında yerli motosikletçilər də var. İranlı baykerlər öz məharətlərini də nümayiş etdirirdilər. Nəhayət baykerlərimiz gecə saatlarıda Azərbaycan sərhəddini keçdilər. Bununla da "Heydər Əliyev yolu ilə" adlanan motoyürüş Bakıda başa çatdı.