Abşeronda “Volkswagen“ avtomobili yandı

Abşeron rayonunda "Volkswagen" markalı yük avtomobilində yanğın olub.


AZNEWS.AZ xəbər verir ki, hadisə Masazir qəsəbəsində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus "Volkswagen" markalı yük avtomobilinin banına yığılmış məişət tullantıları 6 kv.m sahədə yanıb.

Avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.