Süleyman Dəmirəl xəstəxanaya yerləşdirildi

Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəlin bu gün sağlamlıq durumu pisləşib.


AzNews.az "Milliyet"ə istinadən xəbər verir ki, bu səbəbdən onun evinə iki təcili tibbi yardım maşını gəlib.

Süleyman Dəmirəl ilk müayinədən sonra Güvən xəstəxanasına aparılıb.

Onun ağciyərində problem olduğu bildirilir.