“Bakı“ klubunun avtobusu qəzaya düşdü

"Bakı" futbol klubunun əvəzedici heyətini aparan avtobus Zaqatalaya gedərkən qəzaya düşüb.


AzNews.az xəbər verir ki, qəza Şamaxı rayonu ərazisində qeydə alınıb.

Bu faktı "Bakı"nın vitse-prezidenti Yaşar Seyidov təsdiq edib.

Onun sözlərinə görə, futbolçulardan heç kim xəsarət almayıb.

Qəzadan sonra idmançılar başqa maşınlarla Zaqatalaya yola salınıb.