- Köhnə - Hadisə
- 16 May 2015 20:44
- 2 073
Daha bir intihara cəhd
Bərdə rayonu, Həsənqaya kəndində 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.
Əməliyyat saat 18:09-da başa çatıb.
AzNews.az