- Köhnə - Hadisə
- 18 May 2015 20:49
- 1 857
Bir gündə 50 cinayət, 2 ölü, 24 həbs
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 50 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.
AzNews.az