Bu gün Biləcəri qəsəbəsinin bəzi küçələrində və Böyükşor yol qovşağında qismən nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılır. Bu gün Biləcəri qəsəbəsinin bəzi küçələrində və Böyükşor yol qovşağında qismən nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılır.

Bakının bu yolları bağlanır – SİYAHI

Bu gün Biləcəri qəsəbəsinin bəzi küçələrində və Böyükşor yol qovşağında qismən nəqliyyat vasitələrinin hərəkəti bir-neçə saatlıq məhdudlaşdırılır.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Azəryolservis" ASC yayıb.
Məlumata görə, göstərilən ərazidə məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbindən saat 11:00-dan axşam saat 17:00-dək tətbiq edilir. Tərtib olunmuş qrafikə əsasən, Biləcəri qəsəbəsinin Natavan, Ordubadi, Ə.Qasımov və Y.Hüseynov küçələrində saat 11:30-da, Böyükşor yol qovşağında yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri saat 12:00-da başlanılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir və göstərilən müddət ərzində alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.