Sabirabadda ot daşıyan traktorun aşması nəticəsində sürücü ölüb. Sabirabadda ot daşıyan traktorun aşması nəticəsində sürücü ölüb.

Sabirabadda traktor aşdı- Sürücü öldü

Sabirabadda ot daşıyan traktorun aşması nəticəsində sürücü ölüb.



APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 19.00 radələrində Sabirabad rayonunun Dadaşbəyli kəndində baş verib.

Həmin kəndin sakini, 1960-cı il təvəllüdlü Qasımov Eynulla Mürşüd oğlu idarə etdiyi "Belarus" markalı traktoru su kanalına aşırıb. Bu zaman otla yüklü olan traktordan tullanan sürücü aşan traktorun altında qalıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.