Yol qəzası nəticəsində avtomobillərə dəymiş zərərin məbləğinin hesablanması üçün sığortaçılar tərəfindən vahid standartlar hazırlanacaq. Yol qəzası nəticəsində avtomobillərə dəymiş zərərin məbləğinin hesablanması üçün sığortaçılar tərəfindən vahid standartlar hazırlanacaq.

Yol qəzalarında dəyən zərərin hesablanması ilə bağlı - Yeni standartlar

Yol qəzası nəticəsində avtomobillərə dəymiş zərərin məbləğinin hesablanması üçün sığortaçılar tərəfindən vahid standartlar hazırlanacaq.


AzNews.az xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) AZƏRTAC-a verilən məlumata görə bu məsələ ASA-nın könüllü sığorta komitəsinin iclasında müzakirə olunub.

Yığıncaqda həmçinin yol qəzası nəticəsində avtomobillərə dəymiş zərərin məbləğinin hesablanması üçün vahid standartların hazırlanması, "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları"na əsasən uzunmüddətli müqavilələr bağlanarkən yaranan çətinliklər və çıxış yolları müzakirə edilib, təkliflər nəzərdən keçirilib.

Hər iki məsələ ilə bağlı müvafiq qərarlar qəbul olunub.