Bərdədə ağır yol qəzası baş verib. Bərdədə ağır yol qəzası baş verib.

“Mersedes” qaz borusuna çırpıldı - Yaralılar var

Bərdədə ağır yol qəzası baş verib.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, hadisə rayonun Zümürxan kəndi ərazisində qeydə alınıb.

İlkin ehtimala görə, ötmə əməliyyatını yerinə yetirmək istəyən "Mersedes"in sürücü idarəetməni itirib və avtomobil yol kənarındakı qaz borusuna çırpılıb. Zərbə nəticəsində açılan hava yastığı avtomobildə olan hər iki nəfərin həyatını xilas edib.


Hava yastığı sürücü və sərnişinin həyatını xilas etdi

Sürücü Tərtər rayonunu Düyərli kənd sakini, 54 yaşlı Saleh Əliyev və sərnişin Goranboy rayonunun Qaraçınar kəndindən olan Rüstəm Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə MRX-na çatdırılıb. Xəstəxanadan əldə edilən məlumata görə, zərbə nəticəsində sol biləyi sınan 27 yaşlı Rüstəm Əliyevə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Sürücü Saleh Əliyevin isə sol diz qapağı sınıb, vəziyyəti orta ağır qiymətləndirilir.


Sol biləyi sınan yaralı tibbi yardım göstərildikdən sonra evə buraxılıb


Sürücünün vəziyyəti orta ağırdı

Hadisənin baş verdiyi əraziyə gələn Bərdə rayon Poliş Şöbəsinin, Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının verdiyi məlumata görə, "Mersedes" markalı avtomobil qarşıda dönmə əməliyyatı həyata keçirən traktoru ötmək istəyərkən yoldan kənara çıxıb və nəticədə qəza baş verib. Hadisə rayon poliş şöbəsində araşdırılır.