Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürücünün ölümü ilə nəticələnən avtomobil qəzası baş verib. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürücünün ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.

“Niva” dərəyə aşdı - Sürücü öldü

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda sürücünün ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə oktyabrın 4-də yolun 132-ci kilometrliyində, Şamaxının Mirikənd kəndi ərazisində qeydə alınıb.

Rayonun Quşçu kənd sakini, 1953-cü il təvəllüdlü Əlfalı Cəbiyevin idarə etdiyi 10-LE-420 dövlət nömrə nişanlı, "Niva" markalı minik avtomobili yoldan çıxaraq dərəyə aşıb.

Ə. Cəbiyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.