İki şagirdi vuran sürücü qaçdı - Bərdədə

Bərdədə avtomobil 2 azyaşlını vurdu. Hadisə rayonun Otuzikilər kəndi ərazisində baş verib.
AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, sürətlə hərəkət edən VAZ-2106 markalı avtomobil yolun kənarındakı 2 məktəblini vurub. Hadisəni törətdikdən sonra sürücü ərazidən uzaqlaşıb.

Yaralılar kənd sakinlərinin köməyi ilə Bərdə MRX-na çatdırılıb. 8 yaşlı Gülşən Dadaşzadənin hər iki ayağı sınıb. Həmyaşıdı Rəşad Quluzadə isə kəllə beyin travması alıb.

Xəstəxanadan verilən məlumata görə, Gülşən Dadaşzadənin vəziyyəti orta ağırdır. Həyatı təhlükəsi davam edir.

Hadisə yerinə gələn Bərdə rayon Polis Şöbəsinin DYP bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən sürücü tapıllıb. Araşdırma nəticısində həmin vaxt sükan arxasında olan 20 yaşlı Otuzikilər kənd sakini Elgün Mustafayevin sürücülük hüququnun olmadığı və hadisənin yüksək sürət səbəbindən baş verdiyi müəyyənləşib.

Avtomobil cərimə meydançasında aparılıb. Hazırda faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma davam edir.