Məhkəmə sədri Kərəm Həsənovun qurumunu məhkəməyə verdi

Bakı Apellyasiya Məhkəməsində Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Səadət Bektaşinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb.
AzNews.az-ın report-a istinadən xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ləğv edilib, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb.

Qeyd edək ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində çıxarışın verilməsi barədə iddia təmin edilməmişdi.