Gəncə-Şəmkir yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Gəncə-Şəmkir yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Göygöldə ağır qəza - 4 yaralı

Gəncə-Şəmkir yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Göygöl rayonunun Quşqara kəndi ərazisinə qeydə alınıb.

Gəncə şəhər sakini, 1965-ci il təvəllüdlü Naməddin Babayev idarə etdiyi QAZ-24 markalı avtomobili sözügedən kənddə körpünün üzərində olan, hərəkət zolağını ayıran beton dirəyə çırpıb.

Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 1998-ci il təvəllüdlü Zəfər Hüseynov, 1990-ci il təvəllüdlü İlqar Rüstəmov və 1986- cı təvəllüdlü Vüqar Rüstəmov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Yaralılara tibbi yardım göstərilib və vəziyyətləri normal qiymətləndirilir.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.