Təmir sexində yanğın - FOTO

Qusar rayonunun Nurəddin Şərifov küçəsində yerləşən məişət avadanlıqları təmiri sexində yanğın baş verib.
AzNews.az Report-a istinadən xəbər verir ki, Əmrulla Əliyevə məxsus sexdə yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qusar Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını cəlb olunub. Hazırda yanğının söndürülməsi və yaxınlıqdakı evlərə keçməsinin qarşısının alınması istiqamətində iş aparılır.