“Mercedes” ağaca çırpıldı – 1 nəfər öldü

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə rayonun Xəsili kəndində qeydə alınıb.

Belə ki, oktyabrın 12-də saat 11 radələrində Bərdə rayonunun Xəsili kəndində kənd sakini Fərid Ziyadzadə idarə etdiyi "Mercedes" markalı avtomobili ağaca vurub. Hadisə nəticəsində sürücü yerindəcə həlak olub.

Qəza ilə bağlı Bərdə Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az