Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub. Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub.

Bakıda tələbələri maşın vurdu - Ölən və yaralanan var (Yeniləndi)

Bakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub.

Yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) gətiriliblər.

Bu barədə AzNews.az-a KTM-dən məlumat verilib. Məlumata görə, xəsarət alanların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub:

Rzayev Fərhad (1999)
Qarayev Əhməd Daşqın (1995)
Səlimov Əhməd Sabir (1993)
Xəlilova Leyla Sabir qızı (1994)
Eyvazova Məryəm Əsəd qızı (1998)
Ələkbərzadə Cabir Elxan oğlu

***
18:33

Bu dəqiqələrdə Mətbuat prospektində (Bakı Dövlət Universitetinin arxasında) dəhşətli qəza baş verib.

AzNews.az xəbər verir ki, prospektlə 20 Yanvar istiqamətində sürətlə hərəkət edən "Lada Priora" markalı 90 BE 265 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 5 tələbəni vurub. Onlardan birinin dünyasını dəyişdiyi bildirilir. İkisinin vəziyyəti isə ağırdır. Yaralılar xəstəxanaya aparılıb.

Hadisəylə bağlı Mətbuat prospektində sıxlıq yaranıb.




Bahar
AzNews.az
image description