Gəncədə avtomobillərini düzəldən iki nəfəri başqa bir avtomobil vurub. Gəncədə avtomobillərini düzəldən iki nəfəri başqa bir avtomobil vurub.

Avtomobillə iki nəfəri vurdu və qaçdı - Gəncədə

Gəncədə avtomobillərini düzəldən iki nəfəri başqa bir avtomobil vurub.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Araz Dursunov və 1991-ci il təvəllüdlü Zöhrab Musayev özlərinə məxsus "Mercedes" markalı avtomobili yolun kənarında düzəldərkən hərəkətdə olan "VAZ21011" markalı avtomobil onları vurub və sürücü hadisə yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alana yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.