Bakının Binəqədi rayonunda intihara cəhd olunub. Bakının Binəqədi rayonunda intihara cəhd olunub.

İntihara cəhdin qarşısı alındı -İş adamı icra başçısıyla kafedə (Video + Yenilənib)

Bakının Binəqədi rayonunda intihara cəhd olunub.

Məlumata görə, bu gün saat 11 radələrində Binəqədi rayonunun 6-cı mikrorayonu ərazisində, Milli Oftalmologiya Mərkəzinin yaxınlığında yerləşən 4 mərtəbəli yarımtikili iaşə obyektinin sahibi olduğunu bildirən naməlum şəxs həmin binaya çıxaraq özünü atacağını bəyan edib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, təcili yardım briqadası, Binəqədi Rayon Polis İdarəsinin şəxsi heyəti cəlb olunub.

Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov da hadisə yerinə gəlib və həmin şəxslə söhbət aparılıb. Lakin o, rəsmi şəxslərin gəlməsini tələb edib.

Sahibkar olduğunu deyən şəxs daha işləyə bilmədiyini, bezdiyini bildirib, "Mənim 500 yüz minimi qaytarın" - deyə tələb səsləndirib.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov da hadisə yerinə gəlib.

İH başçısı intihara cəhd edən şəxslə 15 dəqiqə söhbət edib və onun aşağı düşməsini xahiş edib. Lakin sahibkar "Mənə yazılı iltizam verməsəniz, buradan düşməyəcəyəm", deyib.

X. İsgəndərov yazılı iltizamın özündə olduğunu deyəndən sonra intihara cəhd edən şəxs hündürlükdən enib.

Daha sonra o, X. İsgəndərov və N. İsmayılov danışmaq üçün yaxınlıqdakı kafeyə gediblər.

APA.az

***
11:35

Bir neçə gün əvvəl yarımçıq tikiliyə çıxaraq intihar etmək istəyən iş adamı bu dəqiqələrdə yenidən intihara cəhd edir.

AzNews.az xəbər verir ki, iş adamı yenidən Akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun yanında yerləşən Zeytun bağının içərisində tikilmiş binanın üstünə çıxıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Qeyd edək ki, bir neçə gün əvvəl iş adamının binasını sökmək istədikləri üçün intihara cəhd etdiyi bildirilirdi.

Şahidlərin hadisə yerindən "Qafqazinfo"ya göndərdikləri videonu təqdim edirik: