MTN-də cinayətkar şəbəkə yaradaraq iş adamlarını soyduğuna görə vəzifəsindən qovulan Eldar Mahmudovun çetesinin üzvləri ilə bağlı hər gün yeni məlumatlar yayılmaqdadır. MTN-də cinayətkar şəbəkə yaradaraq iş adamlarını soyduğuna görə vəzifəsindən qovulan Eldar Mahmudovun çetesinin üzvləri ilə bağlı hər gün yeni məlumatlar yayılmaqdadır.

“Ağdamlı Dəmir”in MTN-çi oğlu saxlanıldı

MTN-də cinayətkar şəbəkə yaradaraq iş adamlarını soyduğuna görə vəzifəsindən qovulan Eldar Mahmudovun çetesinin üzvləri ilə bağlı hər gün yeni məlumatlar yayılmaqdadır.

AzNews.az iki gün əvvəl eks-nazirə yaxınlığı ilə seçilən və iş adamlarının əlindən alınan avtomobillərin əridilməsi ilə məşğul olduğu deyilən, Azərbaycanın ən böyük avtomobil salonlarının sahibi "Ağdamlı Dəmir" kimi tanınan Dəmir Abdullayevin həbsi ilə bağlı məlumat yayılmışdı.

Həmin xəbərlərdə qeyd olunurdu ki, məhz Eldar Mahmudova xidmətlərinin hədiyyəsi olaraq Dəmirin oğlu MTN-ə işə götürülübmüş.

Sonradan bu xəbər Dəmirin özü tərəfindən təkzib olunmuşdu.

Bu gün isə daha bir maraqlı məlumat yayılıb. "Qafqazinfo"ya daxil olan məlumatlara görə, Dəmir Abdullayevin MTN-də tədqiqatçı işləyən oğlu artıq saxlanılıb.