- Köhnə - Hadisə
- 9 Noyabr 2015 21:14
- 1 001
Şəmkirdə bıçaqlanma

Şəmkirdə bıçaqlanma olub.
AzNews.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qapanlı kəndində qeydə alınıb. Kənd sakini Mövlan Fərrux oğlu Məmmədov həmkəndlisi 1993-cü il təvəllüdlü Elnur Bəhlul oğlu Xəlilovu bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.