Paytaxtın Nərimanov rayonunda avtoxuliqanlıq edən 23 yaşlı sürücü qəza törədib. Paytaxtın Nərimanov rayonunda avtoxuliqanlıq edən 23 yaşlı sürücü qəza törədib.

“Avtoş“ sürücü qəza törətdi - Video

Paytaxtın Nərimanov rayonunda avtoxuliqanlıq edən 23 yaşlı sürücü qəza törədib.


AzNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmasa da 3 avtomobilə ziyan dəyib.

Avtoxuliqanlıq edərək polisdən qaçan sürücü yolun kənarında dayanmış avtomobillərə ziyan vurub.

Yol polisləri paytaxtın Nərimanov rayonu Yusif Səfərov küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində avtoxuliqanlıq edən 23 yaşlı Nurlan Famirliyə "saxla" göstərişini veriblər. Ancaq, sürücü buna məhəl qoymadan avtoxuliqanlıq hərəkətlərini davam etdirib.

Sonra o, Xətai rayonu Sabit Orucov küçəsində hərəkətdə ola-ola özünü avtomobildən ataraq qaçıb. Avtomobil isə yolun kənarında dayanmış digər avtomobillərə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmasa da 3 avtomobilə ziyan dəyib.

23 yaşlı sürücünü polislər hadisə yerindən bir neçə metr aralıda tuta biliblər.

Əraziyə əzilən avtomobildəki sərnişinlərdən birinin səhəti pisləşdiyi üçün əraziyə təcili tibbi yardım çağrılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.