Rüşvətə görə həbs edilən bələdiyyə sədri azadlığa çıxır- EKSKLÜZİV

Bakının Səbael rayon bələdiyyəsinin ötən il həbs edilən sədri Mübariz İbrahimov yaxın günlərdə azad ediləcək.

AzNews.az-a daxil olan məlumata görə, adıçəkilən şəxs iki nəfərin müraciəti əsasında bələdiyyənin xidməti ərazisindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmasına görə, ümumilikdə 10 min manat pulu rüşvət kimi istəməsi və tələb olunan rüşvətin müqabilində 8 min manat pul alması ilə əlaqədar həbs edilmişdi.

Belə ki, ötən il martın 29-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Səbael bələdiyyəsinin yerləşdiyi Bakı şəhəri, Əlibəyov qardaşları 61 saylı ünvanda apardıqları əməliyyat nəticəsində 8 min manat məbləğində pul aşkarlanaraq götürülmüşdü.

Mənbə bildirib ki, bir ildən artıq müddətdə həbsdə saxlanılan bələdiyyə sədri "Duzdag" istirahət mərkəzinin sədri Hacı İbadulla İbrahimovun oğludur.

Kənan
AzNews.az