Bəzən hər birimiz edəcəyimiz şeyləri unuduruq. Bəzən hər birimiz edəcəyimiz şeyləri unuduruq.

Yaddaşı gücləndirən qidalar

Bəzən hər birimiz edəcəyimiz şeyləri unuduruq.

Buna səbəb kimi də yaşımızın artdığını deyirik. Yaddaşı qüvvətləndirmək üçün bir çox dərman olsa da, hər zaman ən yaxşı üsullar təbii üsullar sayılır.

AzNews.az hansı təbii qidanın yaddaşı gücləndirdiyini təqdim edir.

Meyvə

Xüsuilə, antioksidan baxımından zəngin qaragilə, çiyələk, böyürtkən sərbəst radikallara darşı beynə qoruyucu təsir edir. Sərbəst radikallar hüceyrə zədələnməsinə səbəb olan birləşmələrdir.

Tərəvəzlər

Brokoli, ispanaq kimi tərəvəzlər beyinin gücünü artıraraq, yaddaşı gücləndirir. Bu tərəvəzlər bunu K vitamini sayəsində edir.

Şokolad

Pəhriz siyahılarında da şokolad yemək istəyirsinizsə, bitter şokolad yeməyinizi tövsiyə edirik. Bitter şokolad yüksək kakao tərkibi ilə endorfini təmin edərk beyin reseptorlarını işə salır. Aşağı şəkər tərkibi ilə də pəhrizə qatqısı olur.

Yumurta

Yumurta tərkibindəki A, B, B12, D vitaminləri ilə beynin yaddaş ilə əlaqəli hissəsinin inkişafını təmin edir. Bu səbəblə hər səhər yeməyində bir ədəd qaynadılmış yumurtanı beyin sağlamlığınız üçün yeyin.

Süd və süd məhsulları

Süd və süd məhsulları yumurta kimi yüksək protein tərkiblidir və bu səbəblə bədən toxumalarının inkişaf etməsini təmin edir. Eyni zamanda yaddaşı da gücləndirir.

Nigar CƏFƏR

AzNews.az