AFFA baş məşqçiləri istefaya göndərdi

AFFA Azərbaycan mili komandalarının baş məşqçi vəzifələrində yenə dəyişiklik edib. AzNews.az xəbər verir ki, U-17-nin çalışdırıcısı Təbriz Həsənov vəzifəsindən azad olunub. O, bundan sonra U-15-də işləyəcək.

Onun yerinə bu kollektivin sükanı arxasında olmuş almaniyalı Nikolay Adam gəlib. "Ay-ulduzlular"ımızın sabiq kapitanı Aslan Kərimova U-16 etimad göstərilib. Bu postda da çalışan almaniyalı mütəxəssis həmin vəzifədən də istefa verib.

Qeyd edək ki, dünən U-19-da Vəli Qasımovu Arif Əsədov əvəzləmişdi.

AzNews.az