“Milli Olimpiya Komitəsinin yubileyə böyük uğurla gəldik”

Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında təşkilatın 20 illik yubileyi münasibəti ilə, bu gün idman sahəsində çalışan bir sıra mütəxəssislərin mükafatlandırılması keçirildi. AzNews.az xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov yubileyə böyük uğurla gəldiklərini söylədi.

Dedi ki, bu qələbələrimizə bütün xalq sevinir. Milli Olimpiya Komitəsi bir ailə kimi, bir təşkilat kimi yaxşı çalışır. Azərbaycanı dünyada idman ölkəsi kimi tanıyırlar.

Sonra sərəncam səsləndirildi. Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə mükafatlandırı nazir Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, baş katib Ağacan Abiyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov təqdim etdilər.

MOK-un təntənəli yubiley mərasimi bu gün "Buta Saray"da baş tutacaq.

Kamran Hacı
AzNews.az