Azərbaycan çempionatı və Bakı birinciliyində son yarış günü - Fotolar

Bu gün Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinin son yarış günü başlayıb.


AzNews.az-ın məlumatına görə, son yarış günündə uşaqlar (2006-2007-ci il təvəllüdlü), qadın gimnastların 3 yaş kateqoriyasında (böyüklər - 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr - 2003-2006; kiçiklər - 2008-2010) medallar uğrunda mübarizə aparacaqlar.

Ölkədə ikinci dəfə təşkil olunan batut gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi və "Ocaq Sport" klubunu təmsil edən 28 gimnast (18 kişi və 10 qadın) iştirak edir.