Railin komandası qalib gəlib

Azərbaycan milli komandasının sabiq futbolçusu Rail Məlikovun çıxış etdiyi "Dənizlispor" klubu Türkiyə 1-ci divizionunda növbəti qələbəsini bayram edib.

AzNews.az xəbər verir ki, dünən doğma divarlar arasında "Adanaspor"la görüşən "qara-yaşıllar" minimal hesabla qalib gəliblər (1:0).

Yeni baş məşqçi Səlahəddin Dərvənd də müdafiəçimizə güvənərək, ona 90 dəqiqə meydanda şans verib. Railin komandası 15 xalla 11-ci yerdə qərarlaşıb.

Kamran Hacı
AzNews.az