“Lokomotiv” voleybol klubunda maliyyə problemlərinin olması barədə xəbər vermişdik. “Lokomotiv” voleybol klubunda maliyyə problemlərinin olması barədə xəbər vermişdik.

800 min borcu olan kluba daha bir zərbə - İdmançılardan biri də getdi

“Lokomotiv” voleybol klubunda maliyyə problemlərinin olması barədə xəbər vermişdik.


Son zamanlar üzvlərini itirən "dəmiryolçular"la daha bir voleybolçu rəsmən vidalaşıb. Belə ki, xorvatiyalı Hana Çutura klubla müqaviləsini yeniləmək istəməyib.

AzNews.az-ın klubdan aldığı məlumata görə, onun getməsinin əsas səbəbi, maliyyə problemidir. O, klubda qarşılaşdığı problem üzündən müqaviləni yeniləmək istəməyib. Hazırda klubun xorvat idmançıya borcu var. Borcun məbləği dəqiq deyilməsə də, 5-6 aydır ki, voleybolçu xanıma "Lokomotiv"dən pul ödənilmədiyi deyilir.

"Dəmiryolçular"ın keçmiş üzvü özünə yeni iş də tapıb. O, bundan sonra karyerasını Fransada davam etdirəcək.

Xorvatiyalı "Nant" ilə 1 illik razılıq əldə edib.

Onu da bildirək ki, komandadan gedənlər arasında icraçı direktor Xəyal Rəhimov, baş məşqçi Karlo Parisi, həmçinin Brenda Kastillo, Berit Kauffeldt, Aneta Havlikov, Özgə Kırdar Cemberçi, Yaroslava Pencova da var.

Klubun ümumi borcu təxmini olaraq 800 min dollara yaxındır.

Aygün İLQARQIZI